Bütün Hallarda Tehranda baş verən hadisələrə görə həm də İran dövləti məsuliyyət daşıyır. Azadmedia.az xəbər verir ki, bu sözləri millət vəkili Ceyhun Məmmədov İranda baş verən hadisələrə münasibət bildirərkən deyib. Deputat qeyd edib ki, Azərbaycan səfirliyinin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilməli idi.
Azərbaycanda İranın səfirliyi ən yüksək səviyyədə qorunur. Ən kiçik təxribatlara belə cəhdin qarşısı qətiyyətlə alınır. İranda bizim səfirliyimiz də yüksək səviyyədə qorunmalı idi.
Burada eyni zamanda, İranda Azərbaycan əleyhinə davamlı olaraq aparılan təbliğatın da rolu böyükdür. Bütün baş verən hadisələr fonunda İrandan Azərbaycan əleyhinə aparılan düşmənçilik təbliğatına son qoyulmalıdır.
Əgər kimsə düşünürsə ki, bu kimi addımlarla Azərbaycanı haqq mövqeyindən daşındıra biləcək yanılır. Səfirliyimizi peşəkarlıqla qoruyan təhlükəsizlik xidmətinin əməkdaşlarına təşəkkür edir, dünyasına dəyişənlərə rəhmət, yaralananlara şəfa diləyirəm.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.