AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"İran hakimiyyət orqanları məsuliyyət daşıyır" - Vəkil

  • + A
  • - A
  • 27-01-2023, 13:36

    "İran hakimiyyət orqanları məsuliyyət daşıyır" - Vəkil


    "İrandakı Azərbaycanın səfirliyinə hücum diplomatik missiyalarımıza əvvəlki hücumların artan xətt üzrə davamıdır".

    Bu barədə vəkil Cavad Cavadov sosial şəbəkə hesabında yazıb.

    "Diplomatik missiyanın mühafizəsi onun yerləşdiyi xarici dövlətin aidiyyatı qurumlarının üzərinə düşür. Terror aktına görə mühafizə lazımi səviyyədə təşkil olunmadığına görə İran hakimiyyət orqanları məsuliyyət daşıyır. Digər məsuliyyət məsələsi istintaq yolu ilə həll olunmalıdır. Cinayət Məcəlləsinin 11-ci maddəsinə görə, bu cinayət Azərbaycan Respublikasının ərazisində baş verdiyindən Baş Prokurorluq əvvəlki hücumlarda olduğu kimi bununla bağlı cinayət işi başlamalıdır". - deyə vəkil bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR