AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib

  • + A
  • - A
  • 27-01-2023, 14:35

    İran Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib

    İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani Azərbaycanın Tehrandakı səfirliyinə bir nəfərin ölümü ilə nəticələnən silahlı hücumu pisləyib.
    Azadmedia.az xəbər verir ki, iranlı diplomat həmçinin bu səfirlik əməkdaşının ailəsinə, eləcə də Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verib və qeyd edib ki, “polis və təhlükəsizlik qüvvələri dərhal işə qarışaraq, hazırda istintaq altında olan hücumçunu həbs ediblər”.

    Onun sözlərinə görə, İran və Azərbaycanın təhlükəsizlik orqanlarının xüsusi göstərişi ilə hücumun miqyasını və əsl motivlərini müəyyən etmək üçün yüksək prioritet araşdırma aparılır. Kənaninin qeyd etdiyi kimi, hadisə ilə bağlı daha ətraflı məlumat istintaq başa çatdıqdan sonra dərc olunacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR