AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tarixçi alim: "Törədilən terror Cənubda yaşayan soydaşlarımızın reaksiyasını ölçmək üçün vasitə ola bilər"

  • + A
  • - A
  • 28-01-2023, 01:38

    Tarixçi alim: "Törədilən terror Cənubda yaşayan soydaşlarımızın  reaksiyasını ölçmək üçün vasitə ola bilər"

    Sıradan bir olay kimi görünsə də, bu gün Azərbaycanın İran İslam Respublikasının Tehran şəhərində yerləşən səfirliyində baş verən hadisələrin ciddi təhlilə ehtiyacı var. Azadmedia.az xəbər verir ki, bu sözləri tarixçi-alim Bayram Quliyev Tehranda baş verən terror hadisəsinə münasibət bildirərkən deyib.
    "İlk öncə bu hadisələrin formasını müəyyənləşdirmək gərəklidir. Hadisə İran tərəfin açıqladığı kimi bəsit bir ailə-məişət mübahisəsinin yaratdığı bəsit cinayət faktı deyil. Hadisə sonrası daha bir nəfərin Səfirliyin qapısını açmağa cəhd etməsi, ardından Səfirliyin həyətinə “molotov kokteyli”nin atılması, bunun planlaşdırılmış terror aktı olduğunu sübut edir", - deyən alim "İranın bu terror aktını məqsədli şəkildə edib etmədiyi" sualına cavab olaraq qeyd edib ki, hadisə öncəsi həyətdəki mühafizənin səssiz qalması, xeyli müddət əlavə yardım güclərinin gəlməməsi, qatilin İranın dövlət televiziyasına əl-ayağı bağlanmadan müsahibə verməsi İranın bunu məqsədli şəkildə etdiyi göstərir: "Söyləmək lazımdır ki, İran ola bilsin hadisələri başqa cür ssenariləşdirmişdi və onların istədiyi kimi getmədi. Bəlkə də video görüntülərin, özəlliklə son iki görüntünün yayılacağını hesablamamışdılar. Hadisələrə tarixçi nəzəri ilə baxarsaq, istər planlamada, istərsə də hadisə sonrası böhranın idarə edilməsində böyük təcrübəsizlik özünü göstərir. Bu bizə düşmən siyasəti göstərən Tehran hökumətinin insanların reaksiyasını ölçmək kimi bir alət də ola bilər. Bununla onlar Azərbaycana qarşı törədilə biləcək savaş və bu kimi hərəkətlərdə İranda yaşayan 40 milyonluq Azərbaycan Türklərinin reaksiyasını da ölçmüş oldular. Çox təəssüf ki, Cənubi Azərbaycanın Təbriz, Ərdəbil, Urmiya və Zəncan şəhərlərində müvafiq reaksiyaları görə bilmədik. Bu onu göstərir ki, İran molla rejimi orada yaşayan soydaşlarımızın beyninin yuyulmasında din və məzhəb faktorunu da istifadə edərək müəyyən “uğurlar” əldə edib. Belə halda bu durumdan sui-istifadə edən qərbin planlarına qurban getməməli və soyuqqanlılıqla hüquqi haqlarımızı tələb etməliyik. Hadisədə daxili və ya xarici qüvvələrin olub olmamasından, erməni faktorundan aşlı olmayaraq bütün məsuliyyət İran İslam respublikasının üzərindədir".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR