Terrorçu bir qədər aralıqda dayanıb, hətta maşının mühərrikini belə söndürməyib və hər hansısa səfirlik işçisinin işə gəlməsini gözləyir. Maşını qəsdən vurur ki, binaya yeni girən səfirlik işçisi səsi eşitsin geri dönüb qapını açsın və o da, içəri daxil ola bilsin. 2-ci videoda görünür ki, səfirlik işçisi qapını açdıqda qapıya iki əlilə toxunur, bu da, qapının özükilidlənən qapı olduğunu göstərir, məhz terrorçu maşını buna görə vurur ki, səsi eşidən işçi geri dönsün və qapını açsın. İşçi ani eşidilən səsə görə geri dönür və qapını açır, heç bir təhlükə hiss etmədən, tam rahatlıqla, çünkü, yeni bayırdan içəri girmişdi heç bir təhlükəli halla rastlaşmamışdı. Terrorçu üçün, görünün, ən əlverişli içəri daxil olmaq bu plan üzrə imiş, başqa planla içəri daxil olmağa çalışsaydı, yəgin ki, işçilər təhlükəni hiss edərdilər, içəridən kameradan qapı ağzında olan şəxsi müşahidə edərdilər, qapını açmazdılar və.s Həm də maşını vurması, binadakı digər vəzifəli şəxslərində yaranan səsə görə biixtiyar bir yerə toplaşması üçündür ki, qısa zaman ərzində daha çox insan qətlə yetirə bilsin. Məqsəd binadakı bütün insanları qətlə yetirmək idi. Kilidli qapıdan içəri girmək üçün çox güclü plan qurulmuşdu.
Bir növ düşünmək olar, terrorçunun qapıda İran polisi ilə qarşılaşması zamanı, terrorçunun bədən dili və sol əlilə polisə işarə etməsi bildirir ki, "səninlə işim yoxdur, sakitləş", polisin isə bədən dili terrorçuya bildirir ki, "işini gör". Digər tərəfdən ola bilər ki, terrorçunun sol əlilə işarəsi qəsdən, qıcıq yaratmaq üçündür, çünkü, sifarişçilər bilirlər axı müşahidə kamerası çəkir, belə bir tapşırığı vermələri istisna deyil. Polis məlumatlı idi, qorxmuş kimi reaksiyası qəsdən idi, müşahidə kamerasına düşsün və İran polisinin imicinə xələl gəlməsin. Etimal yox səviyyəsindədir deyəsən ki, polis qeyri-peşəkardır məlumatlı olmasına rəğmən yenə də qorxdu, böyük etimal bu qorxu müşahidə kamerası üçün idi, qəsdən idi. Polisdə silah olur, terrorçunun işinə arxadan ən böyük maneəni o yarada bilər, terrorçu məcburdur ki, ilk olaraq qapıdakı polisi qətlə yetirsin, yetirmirsə, demək, arxayındır polisin onun işinə müdaxilə etməyəcəyinə. Əgər, İran ailə məsələsidir deyirsə, böyük etimalla ola bilər ki, şəxsi terrora hazırladıqda yanaşı olaraq, ona, süni şəkildə səfirliklə əvvəlcədən problem də yaratması tapşırılmışdır, qoy hadisədən sonra şübhələr başqa tərəfə yönəlsin.
Terrorçunu zərərsizləşdirən Qəhrəman Mühafizəçi çoxlu insan ölümünün qarşısını almışdır, çünkü, terrorçu yuxarı mərtəbəyə qalxıb bütün vəzifəli şəxsləri öldürəcəkdi, daha çox insan ölümü isə, daha çox düşmənə həzz yaşadacaqdı, düşmənin bu həzzinin qarşısını Qəhrəmanımız almışdır, əslində, düşmən biabır oldu, Azərbaycan igidini isə dünya tanıdı. Şəhid olmuş Qəhrəmanımız isə öz ölümü ilə, Mühafizəçi Qəhrəmanımıza terrorçuya müdaxilə etməsi üçün imkan yaratdı, çoxlu insan ölümünün qarşısını almış oldu. Əgər terrorçu Qəhrəman Mühafizəçiyə qalib gəlsəydi, ondan sonra bir nəfər azərbaycanlı belə sağ qalmayacaqdı binada. Azərbaycan oğlunun qeyrəti budur, biri şəhidlik zirvəsinə ucalmaqla çoxlu insan həyatını xilas etdi, digəri isə əsil peşəkarlığı, əsil Azərbaycan kişisinə xas fiziki gücü hesabına terrorçunu zərərsizləşdirdi, çoxlu insan həyatını xilas etdi və Milli Qəhrəmana çevrildi. Əminəm ki, bu hadisə haqqında bütün dünya danışacaq, Azərbaycan oğullarının qəhrəmanlığı dillərə dastan olacaqdır.
Mircalal Mehdiyev