Bu yaxınlarda İranda keçirilən konfransdan qayıdan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Bahar Muradova şəxsi facebook səhifəsində İranda Azərbaycan Səfirliyindəki təmsilçilərimizin ağır şəraitrə işləməsindən, təhlükənin açıq-aşkar görünməsindən yazıb.
Azadmedia.az Komitə sədrinin sözügedən
statusunu təqdim edir:
"İranda səfərdə olduğum 3 gün ərzində Azərbaycan Səfirliyindəki təmsilçilərimizin nə qədər ağır bir şəraitdə çalışmağa məcbur olduqlarını bütün varlığımla hiss etdim.
Hər addımda böyük risk və təhlükə ilə üz-üzə olduqları aşkar görünürdü.
Sanki yaxınlarda böyük,bir təxribat olacağını da sövq-təbii ilə hiss etmişdim.
Təəssüf ki, təxminlərim məni aldatmadı.
Ruhu şad olsun Şəhidimuzin!
Yaralılarımıza şəfa diləyir, Qəhrəmanımızı alqışlayıram!
Təxliyə olunan əməkdaşlara və onların ailələrinə dözüm arzulayıram!".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.