AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəhid Orxan Əsgərovla vida mərasimi keçirilir - YENİLƏNİR - CANLI YAYIM

  • + A
  • - A
  • 30-01-2023, 11:03

    Şəhid Orxan Əsgərovla vida mərasimi keçirilir - YENİLƏNİR - CANLI YAYIM


    Şəhid Orxan Əsgərovun nəşi Yasamaldakı evinin qarşısına gətirilib.

    Vida mərasimi keçirilən ərazidə fəxri qarovul dəstəsi düzülüb.


    10:15

    Şəhid Orxan Əsgərovla vida mərasimi başlayıb.

    Mərasim mərhumun yaşadığı evin həyətində keçirilir.

    Vida mərasimində mərhumun yaxınları, ictimaiyyət və media nümayəndələri iştirak edirlər.

    09:13

    Azərbaycanın İrandakı səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərovun nəşi Təzəpir məscidindən Yasamaldakı evinə aparılır.

    Vida mərasimi mərhumun evində keçiriləcək.

    Orxan Əsgərov bu gün saat 12:00-da Bakıda İkinci Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

    Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Hazırda hadisənin istintaqı aparılır.

    Xatırladaq ki, ötən gün axşam şəhidin nəşi Heydər Əliyev Beynəlxalq Hava Limanında ailəsinə təhvil verilib və daha sonra Təzəpir məscidinə gətirilmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR