“İranda Azərbaycanın səfirliyinə qarşı təşkil olunan hücumla bağlı rəsmi İran əsaslı, dəqiq və məntiqli izahat verməlidir.“
Bunu Azadmedia.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu Tehrandakı Azərbaycan səfirliyinə edilən silahlı hücum, hadisə zamanı 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən terror aktının arxasında dayanan ehtimallara diqqət çəkərkən vurğulayıb.
“İranda Azərbaycanın səfirliyinə qarşı təşkil olunan hücumla bağlı rəsmi İran əsaslı, dəqiq və məntiqli izahat verməlidir. 1961-ci ildə qəbul edilmiş diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına görə diplomatik nümayəndəliklər, onların personları və diplomatik xidmətə cəlb olunmuş digər şəxslər xüsusi imtiyaza və immunitetə malik olan şəxslərdir. İran da bu Konvensiyaya qoşulduğu üçün diplomatik nümayəndəliyin təhlükəsizliyini qorumaq öhdəçiliyi daşıyır. Ancaq baş vermis terror hadisəsi onu göstərir ki, artıq bu öhdəçilik pozulub və rəsmi İran bu məsələyə qaneedici izahat verməlidir. Ancaq məsələ ondadır ki, bu hadisə təkcə iki ölkə arasında deyil, bütövlükdə regionda baş verən hadislər kontekstində çox təhlükəli eskalasiyaların yaranmasına gətirib çıxara bilə. Nəzərə almaq lazımdır ki, bu artıq Azərbaycanın rəsmi nümayəndəliklərinə qarşı birinci dəfə təşkil olunan terror hadisəsi deyil. Bir müddət öncə Böyük Britaniyada Azərbaycanın səfirliyinə qarşı yenə İran mənşəli radiklal qruplar tərəfindən terror təşkil edilmişdi. Həmin vaxt da İran törədilmiş cinayətlə bağlı qaneedici və məntiqli izahat verməmişdi. Hadisəni radikal qrupların müstəqil aktı kimi qiymətləndirmişdi. Ona görə də əgər bu hadisə də hər hansı bir məzhəb, dini yaxud terrorçu qrupların fəaliyyəti ilə ələqələndiriləcəksə bu izahat da qaneedici olmayacaq. Azərbaycan tərəfi mütləq rəsmi İrandan dəqiq, aydın və məntiqli izahat tələb edir. Onsuz da regionda hadisələr çox mürəkkəbdir. Bu vaxta qədər İran rəsmilərinin regiondakı mümkün sülh və kommunikasiyaların açılması ilə bağlı qeyri-konstruktiv, radikal mövqeləri, hətta bəzən Ermənistandan belə daha artıq radikal fikirlər səsləndirmələri bunu deməyə əsas verir ki, burada mütləq İran rejiminin müəyyən qurumları ilə bu hadisəni törədənlər arasında bir əlaqə ola bilər. Buna görə də bu məsələyə dəqiq aydınlıq gətirilməlidir. Nəzərə almaq lazımdır ki, bu kimi hadisələr təkcə iki ölkə arası münasibətlər kontekstində deyil, bütövlükdə regionda baş verən hadisələr kontekstində çox təhlükəli eskalasiyaların yaranmasına gətirib çıxara bilər. Bu da regionda sülhlə bağlı yaranmış şərtləri tamamilə dağıda bilər. İranda Azərbaycan səfirliyinə qarşı törədilən terror aktı əslində Azərbaycana qarşı terror hücumudur. Məsələ ilə bağlı bütün hallar ən kiçik incəliliklərinə qədər öyrənilməli, araşdırma prosesinə azərbaycanlı mütəxəsislər cəlb edilməli, bir də bənzər hadisələrin baş verməməsi üçün İran tərəfi rəsmi zəmanət verməlidir.
Əks təqdirdə Azərbaycan cinayət hadisəsinə adekvat cavab vermək hüququnu özündə saxlayır.”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.