Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov işdən çıxardığı generala yeni vəzifə verib.
Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb. Əmrə əsasən general-mayor Səhlab Bağırov DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin nəzdində yerləşən mərkəzin rəisi təyin olunub.
Qeyd edək ki, S. Bağırov bu təyinatadək Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayının komandiri olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.