İraqın Ənbar əyalətindən Suriyanın Deyr əz-Zor əyalətinə gedən 25 ərzaq yük maşınından ibarət İran karvanı havadan hücuma məruz qalıb.
Livanın "Əl-Mayadeen" telekanalının məlumatına görə, hücum Albu Kamal sərhəd-keçid məntəqəsi yaxınlığında baş verib, konvoya üç raket atılıb, lakin yalnız biri yük maşınına düşüb. Tələfat yoxdur.
Konvoyun yalnız humanitar yardım daşıdığı və Suriya rəsmilərindən lazımi hüquqi icazə aldığı təsdiqlənib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.