Böyük Britaniyada uzun müddətdir davam edən sağlamlıq böhranı hökumət üçün bir nömrəli gündəm maddəsinə çevrildi.
Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərənin Baş naziri Rişi Sunak ölkədə davam edən sağlamlıq böhranını həll etmək üçün “virtual xəstəxanalar”ı işə saldı. Bu gün açıqlanacaq təcili yardım planına əsasən, hər il yarım milyondan çox xəstə evlərində müalicə alacaq.
Baş nazir Rişi Sunak problemin həlli üçün fövqəladə addım atmağa hazırlaşır, lakin vətəndaşlar vəziyyətdən razı deyillər.
DƏHŞƏTLİ RƏQƏMLƏR...
Britaniya vətəndaşları bir müddət əvvələ qədər yalnız filmlərdə gördükləri səhnələrə artıq real həyatda öyrəşiblər. Xəstəxanaya getmək və həkimlə görüşmək üçün orta hesabla 12 saat gözləyən insanlar müayinə otaqlarının yerində xəstəxana dəhlizlərində, gözləmə otaqlarında və ya təcili yardım maşınlarının arxasında müalicə alırlar.
Milli Səhiyyə Xidmətinin açıqladığı məlumatlara görə, dekabr ayında xəstəxanaya müraciət edən 54,000 nəfər təcili yardım otağına qəbul üçün 12 saatdan çox gözləməli olub.
Təxminən 7,4 milyon Britaniya vətəndaşı həkimlərlə yalnız telefonla danışa bilib.
XƏSTƏLƏR ARTIQ “VİRTUAL XƏSTƏXANADA” MÜAYİNƏ EDİLƏCƏK, 3 MİN VİRTUAL ÇARPAYI DA YARADILIR...
Ü. Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.