Müdafiə naziri Szalay-Bobrovniczky paytaxt Budapeştdə Avstriyanın müdafiə naziri Klaudia Tanner ilə görüşdən sonra birgə mətbuat konfransı keçirib.
Azadmedia.az xarici KİV-ə istinadən bildirir ki, Görüşdə Rusiya-Ukrayna müharibəsinin müzakirə edildiyini bildirən Szalay-Bobrovniczky, “Macarıstanın mövqeyi bəllidir, münaqişənin qızışmasının qarşısını almaq istədiyimiz üçün ona silah göndərmirik. Biz bu barədə Avstriya ilə razıyıq. Neytral Avstriya da müharibəyə silah göndərmir. Amma eyni zamanda hər iki ölkə müharibədən qaçanlara humanitar yardım edir,” - dedi.
“ƏN BÖYÜK TƏHLÜKƏ...” Avstriya naziri Tanner Avropada təhlükəsizlik vəziyyətinin Ukraynadakı proseslərin yaratdığını və ən böyük təhlükənin müharibənin Avropaya yayılması olduğunu bildirib. İki ölkə arasında əməkdaşlığın mükəmməl olduğunu qeyd edən Tanner, iki ölkə əsgərlərinin 7 fərqli missiyada ortaq vəzifələr yerinə yetirdiyini sözlərinə əlavə edib.
Ü. Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.