Avropa İttifaqı Şurasına (Aİ) sədrlik edən İsveçin ədliyyə naziri Qunnar Strömmer mütəşəkkil cinayətkarlıqla mübarizədə Avropa ölkələri arasında daha çox əməkdaşlığa çağırıb.
Azadmedia.az xəbər verir ki, Strömmer görüşdə ona verilən “Türkiyə ilə razılaşmaya əməl edəcəksinizmi?” sualına cavab verməkdən yayınıb.
Aİ ölkələri üçün yurisdiksiya sahəsində etməyi planlaşdırdığı prioritetləri açıqlayan Strömmer, Ukrayna səlahiyyətliləri ilə ədalət mühakiməsi sahəsində əməkdaşlığa əhəmiyyət verəcəklərini və mütəşəkkil cinayətkarlıq və cinayətlə bağlı məlumatları Aİ ölkələri arasında daha aktiv şəkildə paylaşmağı hədəflədiklərini söylədi.
NARKOTİKLƏRLƏ MÜBARİZƏ ÜZRƏ AGENTLİK YARADILACAQ
Aİ-nin müəyyən etdiyi prinsiplərə hörmət etmənin üzv dövlətlər üçün mənəvi məsuliyyət olduğunu deyən Strömmer, ilk növbədə AB ölkələri üçün narkotiklərlə mübarizə üzrə yeni və xüsusi bir agentlik qurmağı hədəflədiklərini və AP bunu dəstəkləsə 2024-cü ildə bu agentliyi işə salmağı planlaşdırdıqlarını söylədi.
Ü. Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.