Pakistanın Hayber Paxtunxva əyalətinin Peşəvər şəhərində polisin yerləşdiyi məscidə intiharçı hücumu nəticəsində həyatını itirənlərin sayı 90-a çatıb.
Azadmedia.az xarici KİV-ə istinadən bildirir ki, Bu gün əyalətdə matəm elan edildiyi üçün bayraqlar yarıya qədər endirilib.
Ötən gün Pakistanın Hayber Paxtunxva əyalətinin Peşəvər şəhərində polisin yerləşdiyi məscidə intiharçı hücumu ilə bağlı balans getdikcə ağırlaşır. Lady Reading Xəstəxanasının sözçüsü Məhəmməd Asımın verdiyi açıqlamaya görə, hücumdan sonra ölənlərin sayı 90-a yüksəlib. Hücumda həyatını itirən polis məmurları üçün gecə və səhər kütləvi dəfn mərasimi keçirilib. Məsciddəki hücumdan sonra başlayan axtarış-xilasetmə işləri davam edərkən, bu gün əyalətdə matəm elan edilib.
Ü. Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.