AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ramilə Seyidova - “Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb”

  • + A
  • - A
  • 1-02-2023, 10:42

    Ramilə Seyidova - “Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb”
    Ramilə Seyidova
    YAP Siyəzən rayon təşkilatının sədr müavini



    Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.” HEYDƏR ƏLİYEV



    Gənclik gözəllikdir. Daim bizimlə qalacağını sanıb, gözümüzü açana qədər bizi tərk edən zəriflikdir. Gənclik çılğınlıqdır… Cəsarətlə, çəkinmədən, gözüyumulu qorxularının üstünə getməkdir. “Mümkünsüz” dediklərini mümkün saymaq, bunu sübut etmək üçün dəfələrlə yıxılmaqdır və hər dəfə yenidən qalxmağı bacarmaqdır. Gəncliyin yaşı yoxdur… O bəzən 15 yaşındadır, bəzən də 75…

    Bir ölkənin gələcəyini görmək üçün onun gəncliyinə baxmaq kifayətdir. Gəncliyə nə cür şəkil versəniz və nə cür istiqamətləndirsəniz ölkənin gələcəyi də elə olacaqdır. Dövlət bir kristal, gənclik həmin kristalın içindəki mayedir. Həmin mayeni nə cür rəngləndirsən kristal da həmin rəng əks olunacaqdır.
    Hər il fevral ayının 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd olunur.

    Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb.


    Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. O dövrə qədər təəssüflər olsun ki, sovet dövrünə xas stereotip var idi. Bir cəmiyyətdə yaxşı həkim olmaq üçün, dövlət strukturlarında işləmək üçün ümumiyyətlə böyük miqyaslı işlərlə məşğul olmaq üçün mütləq sənin ən az 40 yaşın olmalı idi. Əgər bu yaş səndə olmayıbsa demək ki, sənin etibarlı indeksində bir problem var. Ulu Öndər Heydər Əliyev hakimiyyəti gəldikdən sonra gənclərə güvənməsini göstərməklə bu kimi stereotipləri aradan qaldırdı.

    Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib.


    Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövürlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir. Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğsı sayəsində o zamanlar Sovetlər İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılmışdır.
    1988-1993-cü illərdə ölkədəki xaos vəziyyəti gənclər siyasətinə də ağır zərbə vurmuşdu. Gənclərin potensialından lazımınca istifadə edilmir, gənclər müxtəlif qruplaşmaların üzvlərinə çevrilir, təhsil müəssisələri dağılırdı.
    Belə bir məqamda hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev ilk görüşünün məhz gənclərlə keçirdi. 22 sentyabr 1993-cü ildə Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşündəki çıxışında onlara dərin inam bəslədiyini ifadə etdi. Onun “Azərbaycanın bugünkü gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir” -sözləri hər kəsin həyat devizinə çevrildi.
    Ölkəmizdə gənclərlə iş sahəsində mühüm tədbirlərin gerçəkləşdirilməsi ulu öndərin adı ilə bağlıdır.
    Ümummilli Liderimizin imzaladığı bir çox sərəncamlar da zamanında gənclər hərəkatının hərtərəfli inkişafına geniş imkanlar yaradıb. Müasir dövrümüzdə də Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev cənabları gənclər üçün böyük işlər görür, gənclərə bütün sahələrdə yüksək etimad göstərilir. Bu gün cəmiyyətimizdə elə bir sahə yoxdur ki, orada gənclər layiqincə təmsil olunmasınlar. Müasir Azərbaycan gənci yüksək səviyyədə təhsil alır, dinamik şəkildə inkişaf edir və bütün sferalarda yorulmaq bilmədən çalışır.


    Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin hərərəfli inkişafı üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb.


    Bu baxımdan, 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, gücünü, əzmini bütün dünyaya nümayiş etdirdi. Müharibənin əsas ağırlığı Azərbaycan gəncinin üzərinə düşdü. Çünki amansız döyüşlərdə əldə silah düşmənin üzərinə gedən ilk növbədə gənclər oldular. Gənclərimizin fəallığı sayəsində bütün sosial media platformalarında düşmənə adekvat cavablar verildi.
    Müharibəyə yollanan gənclərin hamısı döyüşlərdə qəhrəmancasına iştirak etdi. Hər biri öz igidliyi ilə vətənpərvərlik salnaməsi yazdı, zəfər dolu döyüş yolu ilə dillərdə dastana döndü. Onlar bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu göstərdilər Prezidenti cənab İlham Əliyev Azərbaycan gəncini və onların müharibə dövründəki fəaliyyətini belə şərh edib: “Biz qəlbində güclü Vətən sevgisi olan gənc nəsil yetişdirdik. Hətta torpaqlarını görməyən gənclər bir arzu ilə yaşayıb ki, ədalət bərpa olunsun və onlar öz doğma torpaqlarına qayıtsınlar.”

    Azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində gənclərimizin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı gənclərimizin bu prosesdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır.
    Gənclər siyasəti ilə bağlı görülən işlər bir daha onu deməyə əsas verir ki, bu gün ölkəmizdə vətənpərvər, milli-mənəvi dəyərlərə, Heydər Əliyev ideyalarına sadiq gənclik formalaşdırılır, bunun üçün məqsədyönlü tədbirlər həyata keçirilir.

    Bu isə gələcək inkişafımızın möhkəm əllərdə olacağına böyük əminlik yaradır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR