Sevindirici xəbər gəldi ki, Avstraliyada təcili yardım qrupları yolda itən və tərkibində radioaktiv material olan 8 millimetrlik kapsul üzərində işləyirlər. Azadmedia.az xarici KİV-ə istinadən bildirir ki, ölkəni təşvişə salan kapsulun taleyi bəlli olub.
Avstraliya günlərdir Sezium-137 böhranı ilə sarsılır.
Nyuman şəhəri yaxınlığındakı mədən sahəsi ilə Pert şəhəri arasında yük maşını ilə daşınarkən sürüşüb itən radioaktiv material olan kiçik kapsul ölkədə az qala təşviş yaradacaq.
Uzunluğu 8 mm, diametri 6 mm olan silindrik kapsulun tərkibində radioaktiv Sezium-137 olduğunu vurğulayan səlahiyyətlilər, söz mövzusu kapsulu tapsalar, ona toxunmayın deyə ictimaiyyətə xəbərdarlıq ediblər.
Səlahiyyətlilər kapsulun itdiyi ərazidə əhaliyə xəbərdarlıq edərək, maddəyə məruz qalmanın radiasiya yanıqlarına və radiasiya ilə bağlı müxtəlif xəstəliklərə səbəb olacağını vurğulayıblar.
Beynəlxalq xəbər agentliyi AFP-nin son dəqiqə xəbərinə görə, radioaktiv kapsul tapılıb.
Sezium-137 həyəcan siqnalı...
Dünyanın gözlədiyi xəbər nəhayət gəldi.
Bildirilir ki, radioaktiv material mədənçilikdə ölçü üçün istifadə olunur və silah istehsalı üçün kifayət etmir.
Ü. Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.