AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Centilmenlik anlaşması olmur, cinayət olur !

  • + A
  • - A
  • 1-02-2023, 16:55

    Centilmenlik anlaşması olmur, cinayət olur !

    Ölkə üzrə ümumi mənzərə DYP-nin gözü önündə, onun nəzarəti altındadır. Vətəndaşın real vəziyyətdən xəbəri yoxdur, ona görə də doğru irad tuta, doğru tələb irəli sürə bilməz. Əgər belə bir sorğu keçirilsə ki, mədə xərçəngindən ölən insanların sayı çoxdur, yoxsa avtomobil qəzalarından, əksər insanlar avtomobil qəzaları deyəcək, halbuki əksinədir. Çünkü, vətəndaşlar sosial şəbəkələrdə avtomobil qəzalarında ölən insanlarla bağlı paylaşımları daha çox görürlər, mədə xərçəngindən ölən insanlar haqqında çoxda paylaşım olmur. Ona görə də sıravi vətəndaşın gördüyü, bildiyi, rəsmi qurum DYP-nin əlində olan real statistika ilə eyni olmur. Sıravi vətəndaş nəyi çox görərsə, statistikasıda ona uyğun olar və təbii ki, yanlış olacaq.

    Yalnız kiçik qəzalar gizlədilsə fəsadları böyük olar, böyük qəzalar onsuzda gizlədilmir, gizlədilməsi asan olmur. Hadisə yerindən birmənalı şəkildə yayınmaq olmaz, 1 nəfər sürücü özünün rahatlığı üçün, Polisi qanuna etinasız yanaşmağa dəvət edə bilməz, təbii ki, Polis haqlı olaraq buna getmir. Kiçik qəzalar zamanı, sürtünmə nəticəsində kiçik, diqqət cəlb etməyəcək qədər maşına dəyən zərər qədər, bəzən ondan az, bəzən isə ümumiyyətlə heç bir zərər dəymədən piyadə vurulması baş verir və piyadə həyatını itirir. Əgər kiçik hadisələr qeydiyyata alınmasa, gələcəkdə üstüörtülü, açılması çətin olan cinayətlərin sayı çoxalacaq.

    Tərəflər əksər hallarda öz aralarında razılaşsalarda, sonradan narazılıqlar olur, bəzən cinayətdə ola bilir. Hər bir sürücü özü maraqlı olmalıdır qəzadan sonra Polisə məlumat vermək üçün, hətta avtomaşın hərəkətsiz halda öz şəxsi həyətində dayanan vəziyyətdə, hardansa üzərinə bir kərpic parçası düşüb zədələnsə belə. Ümumiyyətlə bu barədə qərarı yalnız Polis verə bilər, kiçik qəzalarda sürücülər anlaşıb yoluna davam edə bilərlər, yoxsa yox, Polisdən icazəsiz sürücü qərar verə bilməz, başda qeyd etdiyim kimi, ölkə üzrə ümumi mənzərə yalnız Polisin gözü önündədir, Polis hər bir sürücünün, vətəndaşların ümumi psixologiyasını bilir, bilir ki, özləri arasında anlaşsalar sonradan nələr baş verə bilər, nələr baş verir. Hər bir sürücünün borcudur ki, digər sürücüləri, yalnız Polisin qanuni tələbinə riayət etməyə çağırsın. Bəzən bir sürücü digər sürücüyə telefon nömrəsini verir və hadisə yerindən yayınmağı üçün israr edir, ətrafdakı digər sürücülərdə israr edən sürücüyə dəstək verirlər, olmaz, çox zaman centilmenlik anlaşması olmur, sonradan cinayət olur. İsrar edən sürücü, adətən, belə hallarda spirtli içki içmiş olur, yaxud narkotik vasitələrin təsiri altında olur, ona hərəkətinə davam etməsi üçün, digər sürücülərin dəstək verməsi doğru deyil. 40 azn cərimə yazılır qəza törədən sürücüyə, hadisə yerindən yayınmaya görə isə 100 azn cərimə yazılır, 2,5 dəfə arada fərq var, buna görə də hadisə yerindən yayınan sürücü barədə Polis haqlı olaraq başqa pis şeylərdən də şübhələnə bilər, təsəvvür edin 40 azn-lik cəriməni, 100 azn-ə dəyişir sürücü, Polis haqlı olaraq şübhələnməz mi?

    Mircalal Mehdiyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR