AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Federal Təhqiqat Bürosu ABŞ prezidenti Baydenin evində axtarış aparır! - SON DƏQİQƏ

  • + A
  • - A
  • 1-02-2023, 23:16

    Federal Təhqiqat Bürosu ABŞ prezidenti Baydenin evində axtarış aparır! -

    ABŞ prezidenti Co Baydenə qarşı başladılan məxfi sənəd araşdırması çərçivəsində Federal Təhqiqat Bürosu Baydenin Delaver ştatındakı evində axtarış aparıb. Axtarışın 3,5 saat çəkdiyi və heç bir məxfi sənədlərin tapılmadığı açıqlanıb.

    Azadmedia.az xarici KİV-ə istinadən bildirir ki, FTB ABŞ prezidenti Co Baydenin ofisində və evində aşkar edilən məxfi sənədlərdən sonra Ədliyyə Nazirliyinin araşdırması çərçivəsində Baydenin Delaver ştatının Rehoboth Beach şəhərindəki evində axtarışa başlayıb. Baydenin vəkili Bob Bauer verdiyi açıqlamada axtarışın Baydenin tam dəstəyi və əməkdaşlığı ilə aparıldığını bildirib: "Bugünkü axtarış, Ədliyyə Departamentinin hərtərəfli və vaxtında həyata keçirdiyi prosesdə növbəti addımdır və onu tam dəstəkləməyə və asanlaşdırmağa davam edəcəyik. Bugünkü araşdırmanın sonunda daha çox məlumat veriləcək”.
    ABŞ mətbuatının hadisəyə yaxın mənbələrə istinad etdiyi xəbərdə FTB-nin etdiyi axtarışların heç birində axtarış qərarı alınmadığı və Ədliyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində axtarışlara icazə verildiyi bildirilib. Baydenin şəxsi vəkilləri yanvarın 11-də Rehoboth Beach evində axtarış aparıblar və heç bir məxfi sənəd tapa bilmədiklərini bildiriblər. FTB-nin axtarışa başladığı ev, məxfi sənədlərlə bağlı Baydenin üçüncü ünvanı kimi qeydə alınıb. Bildirilib ki, Bayden yuxarıda adı çəkilən evi vitse-prezidentlik müddəti başa çatdıqdan sonra alıb və son olaraq yanvarın 20-23-də Baydenin həyat yoldaşı Cil Bayden ilə qaldığı bildirilib.


    Ü. Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR