İsveçdə Qurani-Kərimə qarşı təhqiramiz hərəkətlər bitmək bilmir.
İsveçdə Qurana qarşı hörmətsizliyə yenisi əlavə edilib.
Azadmedia.az xarici KİV-ə istinadən bildirir ki, Kalrskrona şəhərində üzərində və içərisində təhqiramiz ifadələr yazılmış 3 Quran nüsxəsi tapılıb.
Üzərində ölüm hədəsi yazılmış Quranın avtobus dayanacağında, digərlərinin isə ictimai yerlərdə tapıldığı açıqlanıb.
Hücumun baş verdiyi Ronnebi rayonundakı İslam Dərnəyi Quranın hədəf alınmasına reaksiya verib.
Qeyd edək ki, eyni bölgədə 2020-ci ildə müsəlmanların məscid kimi istifadə etdiyi binanın qarşısında yandırılmış Quran səhifələri tapılmışdı.
Polis hadisə ilə bağlı "nifrət cinayəti" araşdırması başlasa da, cinayətkarları yaxalamaq mümkün olmamışdı.
Ü. Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.