Zambiya hakimiyyəti piyadaların qulaqcıq taxaraq və ya mobil telefonla danışarkən küçəni keçməsini qadağan edən qanun qəbul edib.
Azadmedia.az xarici KİV-ə istinadən bildirir ki, Zambiyadakı yeni qanunun bəndinə görə, bu qaydanı pozan şəxs cinayət törətmiş olur və məhkum edildikdən sonra 1000 Zambiya kvaçasından (98 AZN) çox olmayan məbləğdə cərimə edilə bilər.
Maddəyə əsasən, piyadalara qulaqcıq taxaraq və ya mobil telefonla danışarkən yolu keçmək qadağandır.
Yol təhlükəsizliyi agentliyinin sözçüsü Frederik Mubanqa deyir ki, qanun yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədi daşıyır.
Muqamba, "Yolda piyadaların davranışını tənzimləmək üçün yolda səhv edən piyadaları cəzalandırmaq üçün bu tədbirləri görməliydik" deyib.
Mətbuat katibi əlavə edib ki, əvvəllər sürücülərə verilən cəzalara ağırlıq verilirdi, lakin bundan sonra belə olmayacaq.
Mubanqa bildirib ki, polis cəriməni ödəməyən cinayətkarlar üçün həbs qərarı verəcək.
Zambiya polisi və yol-nəqliyyat xidməti qanunu tətbiq etmək səlahiyyətinə malikdir.
Ü. Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.