Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli istehsal olan ikinci “Togg” elektromobilinin Azərbaycan lideri İlham Əliyevə veriləcəyini açıqlayıb.
Ərdoğan bu barədə TRT-nin efirində danışıb.
Onun sözlərinə görə, ikinci elektromobili Prezident İlham Əliyev istəyib. Ərdoğan bildirib ki, Prezident İlham Əliyev “Togg” üçün dərhal növbəyə keçib: "Əliyev ikincini mənə verin dedi".
Qeyd edək ki, ki, “Togg” avtomobillərinin satışı bu ilin fevral ayında başlayacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.