AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya-Ukrayna böhranının ildönümündə Yaponiyanın sədrliyi ilə G7 sammiti keçiriləcək - SON DƏQİQƏ

  • + A
  • - A
  • 3-02-2023, 14:28

    Rusiya-Ukrayna böhranının ildönümündə Yaponiyanın sədrliyi ilə G7 sammiti keçiriləcək -



    Rusiya-Ukrayna böhranının ildönümündə Yaponiyanın sədrliyi ilə G7 sammiti keçiriləcək.

    Azadmedia.az bildirir ki, bu barədə rəsmi Kyodo agentliyi məlumat yayıb. Yaponiyanın prezidentlik müddəti Rusiya-Ukrayna böhranının birinci ildönümündə G7 liderlərini bir araya gətirəcək.

    Belə ki, Ukraynaya hücumların başladığı fevralın 24-də onlayn keçiriləcək sammitə Ukrayna prezidenti Vladimir Zelenskinin də dəvət oluna biləcəyi bildirilib.

    Həmçinin Sammitdə Ukraynaya hücumlarını davam etdirən Rusiyaya qarşı qətiyyət və həmrəylik mesajlarının verilməsi hədəflənir.

    ABŞ, Almaniya, Avropa İttifaqı, Fransa, İngiltərə, İtaliya və Kanada liderlərinin qatılacağı sammitdə Ukrayna ilə bağlı əməkdaşlıq gücləndiriləcək.

    Rusiya-Ukrayna böhranından mənfi təsirlənən enerji bazarlarının sabitliyinin təmin edilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq.

    G-7 Liderlər Zirvəsi 2023 may ayında Yaponiya tərəfindən ölkənin cənub-qərb hissəsindəki Xirosima şəhərində keçiriləcək.

    Ü. Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR