Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Afrika qitəsində fransız müstəmləkəçiliyinin sona çatdığını bildirərək, “Fransa Afrika qitəsindəki ölkələrə müstəqil geosiyasi ünsür kimi deyil, keçmişdəki müstəmləkəçiliyi ilə yanaşır." dedi.
Azadmedia.az xarici KİV-ə istinadən bildirir ki, - Zaxarova, "Afrika ölkələrinin nə dediyini necə görüb eşitmirsiz? Hər bir Afrika ölkəsi başqa dövlətlərlə öz mənafeyinə, vəziyyətinə və imkanlarına uyğun olaraq münasibətlərin inkişaf etdirilməsinin tərəfdarıdır. Bunun üçün onlara Yelisey sarayında mikrofon lazım deyil. Onlarda öz istədiklərini demək üçün hər fürsət var.
Rusiya ilə münasibətləri yaxşılaşdırmağı lazım bilsələr, bunun Makron, Yelisey sarayı və Fransa ilə heç bir əlaqəsi yoxdur. Afrika qitəsində fransız müstəmləkəçiliyi artıq bitdi. Afrika ölkələri başda Fransa olmaqla, hər hansı bir qərarın alınmasını kimdənsə soruşmaq məcburiyyətində deyil.” - Deyə bildirib.
Ü. Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.