İran prezidenti İbrahim Rəisi Xoy şəhərinə gəlib.
Bu barədə İran mətbuatı məlumat yayıb.
Məlumata görə, Rəisi fevralın 5-i səhər saatlarında Nazirlər Kabinetinin bir neçə üzvü ilə birlikdə zəlzələ baş verən Xoya yollanıb.
Bildirilib ki, prezidentin məqsədi zəlzələdən zərər çəkmiş bölgələri yaxından görmək və vəziyyətlə tanış olmaqdır.
Qeyd edək ki, yanvarın 28-i axşam saatlarında Xoyda baş verən ardıcıl zəlzələlər nəticəsində 3 nəfər həlak olub, 1200 nəfərdən çox insan yaralanıb.
Qərbi Azərbaycan əyalətinin Mənzil Fondunun verdiyi məlumata görə, zəlzələ nəticəsində 9250 ev istifadəsiz vəziyyətə düşüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.