İrəvandakı “Malatya” yarmarkasının işçiləri etiraz aksiyasına çıxıb.
Azadmedia.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun erməni redaksiyasının hazırladığı reportajda qeyd olunub.
Məlumata əsasən, buna səbəb yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə fevralın 1-dən yarmarkanın bağlanmasıdır.
Aksiyaçılar bildiriblər ki, bu, çörək, dolanışıq problemidir, ona görə də sonadək mübarizə aparacaqlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.