AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prof. İbrahim Cəfərov Türkiyədə baş verən zəlzələ ilə əlaqədar başsağlığı verib 

  • + A
  • - A
  • 6-02-2023, 12:23

    Prof. İbrahim Cəfərov Türkiyədə baş verən zəlzələ ilə əlaqədar başsağlığı verib 

    “Bugün səhər saatlarını çox üzücü xəbərlə açdıq. Qardaş ölkə Türkiyənin Kahramanmaraş şəhərində baş verən və çox geniş bir bölgədə hiss edilən 7,4 bal gücündə zəlzələnin səbəb olduğu can və mal itkisini böyük kədər hissi ilə öyrəndik”.

    Azadmedia.az-ın xəbərinə görə, bu fikirləri
    Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbəri professor, AMEA-nın müxbir üzvü Prof. İbrahim Cəfərov bildirib.

    Ölkəmiz bu ağır günlərdə Türkiyə Cumhuriyyəti hökumətinin və qardaş türk xalqının daima yanındadır, deyən Prof. İbrahim Cəfərov, həyatını itirənlərin ailələrinə başsağlığı verib, onlara Allahdan rəhmət, yaralananlara şəfa diləyib. Ürəyimiz həlak olanların yanındadır və yaralananların tezliklə sağalmasını uca Allahdan arzu edirik.

    O, Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutu əməkdaşları və rəhbərliyinin bu xəbərdən dərindən sarsıldığını bildirib.

    “İnanırıq və əminik ki, qüdrətli Türkiyə dövləti ən qısa müddətdə bu ağır günləri geridə qoyacaq.
    Can Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır.” - Deyə Prof. İbrahim Cəfərov qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR