AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Siyasi Şərhçi Qalib Sailov - "İrandakı səfirliyimizə qarşı törədilən terror aktını vandalizm olaraq dəyərləndiririrəm" - ÖZƏL REPORTAJ

  • + A
  • - A
  • 6-02-2023, 15:07

    Siyasi Şərhçi Qalib Sailov - "İrandakı səfirliyimizə qarşı törədilən terror aktını vandalizm olaraq dəyərləndiririrəm" - ÖZƏL REPORTAJ


    Folklorşünas Alim Qalib Sailov
    AMEA-nın Folklor İnstitunun aparıcı elmi işçisi,
    Türk Dünyası Bilimlər Akademiyası – TDBA-nın İdarə heyətinin başqanı


    “İrandakı səfirliyimizə qarşı törədilən terror aktını cəmiyyətimiz kimi mən də qətiyyətlə pisləyir və lənətləyirəm. Bu hadisəni insanlığa yaraşmayan vandalizm olaraq dəyərləndiririrəm.”
    Bu sözləri Azadmedia.az-a olan açıqlamasında AMEA-nın Folklor İnstitunun aparıcı elmi işçisi, Türk Dünyası Bilimlər Akademiyası – TDBA-nın İdarə heyətinin başqanı Folklorşünas Alim Qalib Sailov bildirib.


    Folklorşünas Alim “ - “İrandakı səfirliyimizə qarşı törədilən terror aktını cəmiyyətimiz kimi mən də qətiyyətlə pisləyir və lənətləyirəm. Bu hadisəni insanlığa yaraşmayan vandalizm olaraq dəyərləndiririrəm. Çünki, səfir, səfirliklər dövlətin dövlətə əmanətidir. Bunu da adında İslam olan bir dövlət təbii ki, bütün hüquqları ilə qorumağa məhkumdur.” – Deyə vurğulayıb.


    “Təbii ki, bütün bu olanlar adında İslam olub lakin antiislam xarakterdə hərəkət edən fars məcusi bir dövlətin İslam dünyasına, Türk dünyasına olan nifrəti idi. Bu nədən irəli gəlir? Belə ki, II Qarabağ savaşında Azərbaycan dövlətinin Zəfər qələbəsini qəbul etməmək və buna aşırı radikal baxmaqdan irəli gəlirdi. Adında İslam olmasına baxmayaraq, XX əsrin əvvələrinə qədər tarixdə İran dövləti mövcud olmamışdır. Lakin Azərbaycan dövlətinin mövcudluğu tarixən çox qədim zamanlara gedib çıxır. Təəssüflər olsun ki, o coğrafiyada həmişə Türk və İslam dövlətləri inkişaf edərkən onlar sadəcə arxada durub islama bənzəyib, islamdan olmayan düşmən kimi həmişə bıçağı arxadan vurublar. Ta Osmanlı dönəminə belə baxarkən İran adlanan o terror dövlətinin yürüşləri, işğal siyasəti yalnız və yalnız müsəlmanlara qarşı olub. Bugün də onların İraqda, Suriyada, Yəməndə apardıqları açıq müharibələr, savaşlar göründüyü kimi hər biri müsəlman dövlətinə qarşıdır.” – Deyə Qalib Sailov fikir bildirib.

    O həmçinin, “İranın düşmən gözündə gördüyü və açıq şəkildə düşmənçilik etdiyi dövlətlərdən Əfqanistan, Pakistanı göstərə bilərik .. Türkiyəyə qarşı açıq kontekstdə olmasa da özlərini dırnaq içində dost göstərirlər. Azərbaycan da bura daxil.. Həmçinin bütün Orta Asiya və Türkistan dövlərləri də daxil olmaqla, onlara qarşı İranın mövqeyi bəllidir. Bəs, nədən İran bu siyasəti yürüdür? Çünki necəki Azərbaycanın xeyli hissəsini işğal etdiyi kimi, Türkistanın da xeyli hissəsini işğal etmişdir. Bəli, bu işğalçı terror dövləti bilir ki, nə vaxtsa Türkistan Orta Asiya da öz haqlarını tələb edəcək və istəyəcək. İranın bütün atdığı addımlar sadaladığım bu və bunun kimi məsələlərə hesablanıb. Bunların qarşısını almaq istəyindədir. Ancaq bütün bunları nəzərə alsaq, görürük ki, İranın siyasi diplomatiyası artıq iflasa uğrayıb. Nəzərə alsaq ki, hər şey rahatdır, lakin bu tərz terror aktını təşkil etmək asan bir məsələ deyil. Olanlar İran iqtidarının əli ilə olmuşdur. Nəzərə alaq ki, İran olduqca qapalı bir dövlətdir. İranda kiçik bir tapancanı belə gəzdirmək mümkün deyil, qaldıki, Tehrana kalaşnikov gətirmək.” – Deyə vurğulayıb.

    Folklorşünas Alim Q. Sailov, “Açıq-aydın görünür ki, bu hücum Səfirliyimizə, ölkəmizə qarşı təşkil olunmuş terraktdır. Hətda orada oturan İran polisi niyə oturub, o da naməlumdur, yəni hadisəyə video vasitəsilə baxdığımızda sanki İran polisi terroristə hamilik edir. Qeyd edim ki, bu heç şübhəsiz, Azərbaycan dövlətinə qarşı törədilmiş cinayətdir. Mən əminəm ki, Azərbaycan dövləti bu terraktın baş vermə səbəblərinin incələnməsini, cinayətkarın layiqli şəkildə cəzasını almasını tələb edəcəkdir. İranda bu tərz cinayətlərin cəzası ancaq edamdır. Biz də izləyirik. Əgər həmin terrorist tutulub edam edilərsə, bizim bir növ qisasımız tam alınmasa da, ən az yumşalmış olacaqdır. Çünki bu ölkəmizə qarşı olan təxribatdır, terrordur. Bunu bağışlqmaq mümkün deyil.” – Dedi.

    Q. Sailov, “Bunun nəticəsində görürük ki, bütün dünya bu terror aktını qınadı və qınamaqda davam edir. Hətda bildiyimiz kimi, hazırda İranın Tehran, bu və ya digər şəhərlərində böyük partlayışlar baş verib. Dünyada sülhün və dayanıqlı inkişafın hər daim carçısı olan Türk dünyası, Türk İslam dünyası dünyada alovlanan savaşların söndürülməsi ilə məşğuldur. Təəssüflər olsun ki, Fars məcusi sistemi terror bir dövlət, ermənilərin dostu və qardaşı və digər Avropada özünü demokrat adlandıran və demokratiya düşməni olan, Allah düşməni olan bir sıra dövlətlər isə başda Qərb olmaqla, bu ocaqları alovlandırmaq istəyirlər və dünyanı məhvə doğru sürükləyirlər. Lakin dövrümüzün öndəri, Türk-İslam dünyasının lideri sayın Recep Tayyip Erdoğanın qeyd etdiyi kimi hilələri pozan bir Allahımız vardır. Sözsüz ki, bu sadaladığım Türk və İslam düşməni olanlar hər nə qədər bu zülmü təqdir edib, bu qədər zəlaləti törətsələr də Yaradan onların etdiklərini başlarını çevirəcək, Allah Türk və İslam dünyasını bu bəlalardan qoruyacaqdır.” – Deyə qeyd edib.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR