AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Jalə Əliyeva - “İrandakı səfirliyimizə xain hücumu hiddətlə qınayırıq“

  • + A
  • - A
  • 28-01-2023, 12:34

    Deputat Jalə Əliyeva - “İrandakı səfirliyimizə xain hücumu hiddətlə qınayırıq“


    Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini deputat Jalə Əliyeva


    İrandakı səfirliyimizə xain hücumu hiddətlə qınayırıq. Bu qanlı terror hadisəsi mütləq öz hüquqi qiymətini almalıdır.

    Azadmedia.az xəbır verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva qeyd edib.

    Deputat vurğulayıb ki, bir ölkənin səfirliyi, həmin ölkənin ərazisi hesab edilir: "Və bu hadisə də təkcə səfirliyimizə deyil, ölkəmizə qarşı hücum, terror anlamına gəlir. Bununla da beynəlxalq hüququn bütün normaları pozulub. Təkcə hadisəni törədən deyil, rəsmi İran cavabdehlik daşıyır. Azərbaycana qarşı hər hansı xain, ikiüzlü planı olan hər kəs bir daha bilsin və eşitsin: HEÇ BİR TƏHDİD, HEÇ BİR TƏZYİQ AZƏRBAYCANI ÖZ DOĞRU YOLUNDAN VƏ ƏDALƏTLİ MÜBARİZƏSİNDƏN GERİ ÇEVİRƏ BİLMƏYƏCƏK!

    Allah şəhidimizə rəhmət etsin!"


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR