AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Narkotranzit transmilli cinayət və terrorizmin maliyyə mənbəyi kimi beynəlxalq təhlükəsizliyə təhdiddir”

  • + A
  • - A
  • 7-02-2023, 13:24

    “Narkotranzit transmilli cinayət və terrorizmin maliyyə mənbəyi kimi beynəlxalq təhlükəsizliyə təhdiddir”

    Zaur Adıgözəlov
    NarkotizmləMübarizə İB-ninanalitik-təhlileksperti, fəlsəfədoktoru

    Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyanı ciddi narahat edən qlobal problemlərdən biridir. Narkomaniya cəmiyyətin mənəvi və intellektual potensialının aşınmasına, genefondun tənəzzülünə və digər mənfi hallara gətirib çıxarır. Narkotiklərin qanunsuz dövriyyəsi cinayətkarlığın artmasına səbəb olmaqla yanaşı, həm də terrorizmin maliyyə mənbəyi kimi beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri kimi çıxış edir.Dünyada getdikcə daha da intensivləşən ticarət və geniş həcmli yükdaşımaların təşkili üçün ölkələr arasında nəqliyyat əlaqələrinin genişlənməsi dünyanın bəzi regionlarında istehsal edilən narkotik vasitələrin digər ölkələrə yayılması ilə müşayiət olunur.Bilindiyi kimi narkotik maddələrin istehsalının əsas mənbəyi Əfqanıstandır. Narkotiklər Əfqanıstandan qanunsuz yollarla müxtəlif ölkələrə əsasən də İrana gətirilir və cinayətkar qruplar oradan isə region ölkələri vasitəsi ilə bacardıqları qədər geniş miqyasda yayırlar. Xüsusilə, narkotikləri İrandan Ermənistana keçirilir və buradan da şimala, Rusiyaya, oradan isə Avropa ölkələrinə daşınmasını təmin edirlər. Maraqlısı orasıdıdr ki, Əfqanıstan-İran-Ermənistan-Avropa narkotranzit yolu çətin relyefli olsada, terroru maliyyələşdirmək üçün külli miqdarda əldə olunan maliyyə vəsaiti bu çətinliklərə “sinə gərir”. Regionda narkotik tranzitinin trayektoriyasına baxsaq, bu regionlarda, o cümlədən Əfqanıstan, İraq, Suriya, Ermənistan kimi ölkələrdə hərbi-siyasi böhran, baş verən hərbi qarşıdurmalar fonunda səhrəd nəzarətində boşluqların olduğunu görürük. Sərhədlərdəki boşluqlar da öz növbəsində narkotiklərin qanunsuz ticarəti ilə məşğul olan cinayətkar dəstələr üçün yaxşı şərait yaradır. Həmçinin o da qeyd olunmalıdır ki, narkotranzitin ən “strateji bölgəsi” nəzarətsiz ərazilər hesab olunur. Məsələn, 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan, evlərimiziyandıran, mədəni irsimizi məhv edən, məscidlərimizi murdarlayan erməni vandalları işğalda olan torpaqlarımızda narkotik maddələr becərərək, onların İran-Suriya vasitəsilə Avropa ölkələrinə ötürülməsi üçün ərazilərimizdən narkotranzit kimi də istifadə ediblər. Hələ bu barədə 2001-2003-cü illərdə cənab İlham Əliyev Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri, AŞPA-nın vitse-prezidenti və büro üzvü olarkən Azərbaycanın mövcud problemləri barədə, Azərbaycan torpaqlarının işğal olunmuş ərazilərində Ermənistan dövlətinin, erməni silahlı qüvvələrinin narkotik əkib-becərdiklərini, nəzarətsiz ərazilərdən narkotranzit kimi istifadə etdiklərini və onların insan alveri ilə bağlı cinayət əməllərini rəsmi faktlarla ifşa edərək, Avropa parlamentarilərində obyektiv rəy formalaşdırıb.Bu faktlar həmin dönəmdə Azərbaycan hüquq-mühafizə orqanlarının həyata keçirdiyi müşahidə və axtarış əməliyyat tədbirləri nəticəsində, o cümlədən İrandan qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan şəxslərin tutularaq dindirilməsi zamanı əldə olunmuşdur.Həbs edilənlərinifadələrindən bəlli olub ki, onlar narkotik vasitələri işğal olunmuş Qarabağ ərazilərində yetişdiriblər.Müəyyən edilib ki, qanunsuz dövriyyədən çıxarılmış həmin narkotik vasitələrin bir hissəsinin kultivasiyası, yəni əkilməsi, yetişdirilməsi və toplanılması Azərbaycanın işğal olunmuş ərazilərində təşkil edilib və sonradan həmin narkotik vasitələr İrana, oradan isə müxtəlif ölkələrə göndərilib. Hətta Vətən müharibəsinin gedişində Azərbaycan ərazilərinin işğaldan azad olunan hissəsinin İran silahlı qüvvələri tərəfindən narkotik vasitələrin daşınması üçün istifadə edildiyi məlum olub.Belə ki, torpaqlarımız azad olunan zaman həmin ərazilərdə iranlılar üzə çıxıb. Azərbaycan Ordusunun Füzuli rayonunun işğaldan azad etdiyi ərazilərində narkotik bitkilərin əkildiyi geniş plantasiya və laboratoriya aşkarlanmışdı. Qeyd etdiyimiz kimi, cənub istiqamətindən gələn narkotik maddələrin işğal altındakı ərazilərdən keçməklə Qərbə və Şimala daşınması haqqında kifayət qədər məlumatlar, faktlar var idi. Məhz bu faktlar bariz sübut edir ki, 30 ildə - Qarabağ işğalda olduğu dönəmdə “qardaşlaşmış ölkələr” öz mürtəce maraqları üçün hər vasitələrə əl atıblar.Beləliklə, bu günkü faktlar və yaxın keçmiş deyir ki, İran və Ermənistan təkcə iqtisadi partnyor və siyasi müttəfiq deyil, eyni zamanda narkoticarət tərəfdaşlarıdır.Narkoticarət və onun tranziti ilk növbədə müasir beynəlxalq hüququn əsas norma və prinsiplərini pozan, dövlətlərarası münasibətlərə mənfi təsir göstərən transmilli cinayət və hüquq pozuntusu olmaqla yanaşıhəm də terrorizmin maliyyə mənbəyi kimi beynəlxalq təhlükəsizliyə ən ciddi təhdiddir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR