AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Adil Əliyev hər gününü milyonlarla insanın ona edilən duası ilə açır

  • + A
  • - A
  • 8-02-2023, 09:23

    Adil Əliyev hər gününü milyonlarla insanın ona edilən duası ilə açır

    Bir kitabda oxumuşdum, 100 yaşını xəstəliksiz, tam sağlam şəkildə keçmiş məşhur bir həkimə sual verirlər, "necə belə heç zaman xəstələnmədən, tam sağlam şəkildə uzun ömür yaşaya bildiniz", həkim cavabında demişdir, "yaşadığım məmləkətdə bütün insanlar hər gün mənə dualar edir, çünkü, çox ağır, ölümcül xəstə olan minlərlə insanı Allahın izni ilə sağaldıb həyata qaytarmışam, hələ də bu xeyirxah əməlimə davam edirəm, hər gün mənə dua edənlərin sayı durmadan artır, sağalan xəstələr və onların yaxınları, qohumları hər zaman mənə uzun ömür yaşamağı, sağlam olmağı arzulayırlar, minlərlə insanın duası hər gün mənim üzərimdədir, ona görə mən hər zaman rahatam, çünkü, böyük bir əhalisi olan məmləkət mənim sağlam və uzun ömür yaşamağımı arzu edir, bunun üçün hər gün dualar edir". Fasiləsiz xeyirxah əməllərinə görə Allahın izni ilə Adil Əliyev tam sağlam və uzun ömür yaşayacaqdır, çünkü, milyonlarla insan hər gün ona dualar edir.

    Düşünürəm, insanlara sevgi, qayğı göstərmək, problemlərini dinləmək, dərdlərinə şərik olmaq, ağrılarına acımaq, onlara maddi və mənəvi dəstək olmaq qətiyyən asan iş deyil, Adil müəllim gördüyümüz kimi böyük xeyirxah əməl sahibidir və bunu ideal şəkildə icra edir.

    Əsrlər boyu, keçmişə də nəzər etsək görərik ki, hər dövrdə çox az sayda, nadir insanlara nəsib olmuşdur insanlara faydalı müqəddəs fəaliyyət və həmin şəxslərin adı da qızıl hərflərlə tarixə yazılmışdır, əsrlər ötsə də hər zaman insanlar tərəfindən böyük hörmətlə yad edilir.

    Hesab edirəm, Adil müəllimi yersiz tənqid edən 5-3 nəfər məxluqlar insan sayıla bilməz, onların düşmən münasibəti xalqa qarşıdır, Adil müəllimə qarşı deyil, görürlər Adil müəllim xalqın dayağıdır, qıcıqlanırlar. Təbii ki, onlar Adil müəllimi həvəsdən sala bilməzlər, Adil müəllim hər gününü milyonlarla insanın ona edilən duası ilə açır. Adil müəllimin əvəzsiz xeyirxah əməllərindən yazmaqla bitməz, bütün media, sosial şəbəkələr onun xeyirxah, faydalı əməllərindən danışır və yazır.

    Düşünürəm, hər bir vətəndaşın borcudur, əlindən heç nə gəlmirsə, mənəvi dəstək olmaq, yersiz tənqid edənlərə etiraz etmək.

    Mircalal Mehdiyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR