Bakıda və Azərbaycanın digər şəhərlərindəki tibb müəssisələri Türkiyədə zəlzələdən zərərçəkənlərin müalicəsi üçün qəbul olunmağa hazırdır. Azadmedia.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev türkiyəli həmkarı Fəxrəddin Koca ilə telefon danışığı zamanı deyib.
"Bunun üçün ümumilikdə tibb müəssisələrində 2000 çarpayı ayrılıb. Azərbaycan həkimləri zərərçəkənlərin müalicəsinə dəstək verməyə tam hazırdırlar", - Musayev bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.