AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan hər zaman qardaş Türkiyənın yanındadır

  • + A
  • - A
  • 9-02-2023, 17:55

    Azərbaycan hər zaman qardaş Türkiyənın yanındadır

    Qardaş dövlət və Azərbaycanın ən etibarlı müttəfiqi olan Türkiyə Respublikasının bir sıra ərazılərində misli görünməyən, çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılara səbəb olan zəlzələ dərhal ölkəmizi və xalqımızı hərəkətə keçirdi.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayaraq, belə bir ağır məqamda dövlətimizin hər cür yardım göstərməyə hazır olduğunu bildirdı. İki lider arasında 6 fevral tarixindəki telefon danışığında Dövlət Başçısı Türkiyədə baş vermiş zəlzələ nəticəsində meydana gələn ağır nəticələr barədə xəbərin Azərbaycanı sarsıtdığını və kədərləndirdiyini diqqətə çəkərək, ölkəmizin Türkiyənin bu dərdinə şərik çıxdığını, Azərbaycanın və Türkiyənin hər zaman biri-birinin yanında olduğunu xüsusilə vurğulamışdır.
    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fevralın 6-da rəsmi instaqram səhifəsində paylaşım edərək, Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verdi, yaralanların və xəsarət alanların tezliklə sağalmalarını arzuladı.
    Ən qısa zaman kəsiyində dövlət qurumları, ictimai təşkilatlar, özəl sektorun təmsilçiləri, bütün vətəndaşlarımız hərəkətə keçdi. Artiq 6-8 fevral tarixlərində Azərbaycandan Türkiyəyə 7 təyyarə və 1 avtomobil karvanı göndərilib, fevralın 8-də yola düşən 14 yük avtomobilindən ibarət karvan 29 nəfərlik şəxsi heyəti, 4 səhra mətbəxini, humanitar yardımı və FHN-in şəxsi heyətinin təminatını Türkiyəyə çatdırıb.
    Çoxsaylı zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanın Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən Türkiyəyə humanitar yardım aparan xüsusi təyyarə 9 fevral tarixində Qaziantep hava limanına yola düşmüşdür.
    Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən Türkiyəyə ezam olunmuş Silahlı Qüvvələrin hərbi tibb personalı qısa zamanda Kahramanmaraşda fəaliyyətə başlayıb. Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri Kahramanmaraş ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 8-i uşaq olmaqla 37 nəfəri sağ, 145 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər
    Öz növbəsində Azərbaycan vətəndaşları kütləvi şəkildə qardaş ölkəyə maddi vəsait və ianələr formasında dəstək göstərimişlər və bu proses davam edir.
    Həmçinin zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyı” adlı platforma yaradaraq, onun vasitəsilə zəlzələdən zərər çəkən şəxslərə müxtəlif ləvazimatların göndərilməsini təşkil etmişlər.
    Bütün bunlar iki xalqın və dövlətlərimizin biri-birinə üzvi şəkildə bağlılığını, əsrlərdən boyu mövcud olan dostluq və qardaşlığın bariz nümunəsidir.
    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR