AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili: "Azərbaycan sona qədər öz dəstəyini göstərəcək"

  • + A
  • - A
  • 10-02-2023, 16:13

    Millət vəkili: "Azərbaycan sona qədər öz dəstəyini göstərəcək"

    Türkiyənin Kahramanmaraş vilayətində və ətraf bölgələrdə baş vermiş zəlzələ nəticəsində böyük dağıntılara və insan itkisinə səbəb olmuş fəlakətə görə qardaş ölkə olaraq çox kədərləndik. Bu fəlakətdə dünyasını dəyişənlərə rəhmət, yaxınlarına səbir, xəsarət alanlara Uca Tanrıdan şəfalar diləyirik.
    Azadmedia.az xəbər verir ki, bu sözləri millət vəkili Ceyhun Məmmədov qardaş Türkiyədə baş verən zəlzələ və nəticələrin aradan qaldırılmasını müzakirə edərkən bildirib. Türkiyə və Azərbaycan sevincli və kədərli günlərdə hər zaman birlikdədir, çətin vaxtlarda bir-birini dəstəkləyir deyən millət vəkili Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatının və yaralıların olmasının Azərbaycanı dərindən kədərləndirməsindən danışaraq qeyd edib ki, ölkəmiz qardaş Türkiyənin dərdinə şərik çıxdı və çıxmaqda da davam edir. Sadə vətəndaşdan tutmuş, dövlət və özəl qurumlara qədər hər kəs Türkiyəyə dəstək olmağa çalışır:
    "Yardımlar ilk gündən Bakı şəhəri, Babək prospektində toplanmağa başladı. Sonra daha böyük məkanda, Bakı İdman Sarayında yardım kompaniyası davam etdirilməyə başladı. Azərbaycan vətəndaşları Türkiyədə zəlzələdən zərərçəkmişlərə yardım üçün uzaqda yerləşən yaşayış məntəqələrindən yardım toplanma məntəqələrinə axın edirlər.
    Kimisi gödəkçə, şalvar, əlcək, bundan başqa, çətin vəziyyətdə olan insanlara çadır, yorğan, döşək, əl fənəri, generator, poverbank və s. ehtiyac duyulan nə varsa göndərməyə can atır.
    8 fevral 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı 13 ədəd xüsusi təyinatlı nəqliyyatı vasitəsilə qardaş ölkəyə yola salınıb. Humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 260 ədəd çadır, 300 ədəd çarpayı, 2 ədəd böyük gücə malik generator, 8000 geyim dəsti, 20000 cüt corab, 350 ədəd masa, 1000 ədəd oturacaq, 5000 ədəd iplik dəsmal və digər ləvazimatlar daxildir;
    Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. Azərbaycandan davamlı olaraq həkimlər, xilasedicilər, könüllülər göndərilir.
    Azərbaycan sona qədər öz dəstəyini göstərəcək və qardaş ölkənin bu ağır günlərində yanlarında olcaq".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR