AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclis ölkə Prezidentinin təşəbbüsü ilə başlanmış humanitar yardım aksiyasına qoşulub

  • + A
  • - A
  • 10-02-2023, 16:19

    Milli Məclis ölkə Prezidentinin təşəbbüsü ilə başlanmış  humanitar yardım aksiyasına qoşulub

    Bu günlərdə ölkəmizdə bir sıra dövlət qurumları, ayrı-ayrı təşkilatlar və sadə vətəndaşlar Türkiyədə baş vermiş təbii fəlakət – çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ ilə əlaqədar yardım kampaniyasına başlayıblar.
    Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azadmedia.az-a bildirilib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin təqdir etdiyi bu humanitar yardım aksiyasına ölkənin Milli Məclisi də qoşulub.
    Milli Məclis deputatlarının, Parlament Aparatı və İşlər İdarəsi əməkdaşlarının da bu aksiyaya öz töhfələrini vermək məqsədilə topladıqları vəsaitə təbii fəlakət ərazisində böyük ehtiyac duyulan 40 ədəd daşınan generator alınaraq qardaş ölkəyə göndərilib.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR