Türkiyədə dağıdıcı zəlzələdən sonra artıq 6 gündür ki, axtarış-xilasetmə işləri davam etdirilir.
AzadMedia.az “TRT Haber”ə istinadən xəbər verir ki, Kahramanmaraşda 70 yaşlı qadın dağıntılar altından xilas edilib.
Menekşe Tabak adlı qadın xilasedicilərin səyləri nəticəsində zəlzələdən 122 saat sonra sağ olaraq çıxarılıb.
Xilas edilən yaşlı qadının ilk sözü “Dünya varmış?” sualı olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.