AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Fələstin-İsrail münaqişəsinə mövqeyini açlqladı

  • + A
  • - A
  • 12-02-2023, 22:15

    Azərbaycan Fələstin-İsrail münaqişəsinə mövqeyini açlqladı

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Misirə işgüzar səfəri çərçivəsində Ərəb Dövlətləri Liqasının “Qüds şəhərinə və onun əhalisinə dəstək” mövzusunda keçirilən yüksək səviyyəli beynəlxalq konfransında iştirak edib.

    Xarici İşlər Nazirliyindən Azadmedia.az-a verilən məlumata görə, konfransda çıxış edən C.Bayramov Fələstin probleminin beynəlxalq hüquq normaları, Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsi və müvafiq qətnamələr əsasında həllinin vacibliyini bildirib. Bu baxımdan problemin həlli ilə bağlı beynəlxalq konsensusa nail olmaq üçün birgə diplomatik səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

    Nazir bildirib ki, Azərbaycan Fələstin-İsrail münaqişəsinin iki dövlət modeli əsasında sülh yolu ilə həllinin tərəfdarıdır. 3 dinin ziyarətgahlarının yerləşdiyi Qüdsün qorunmasının gələcəkdə burada əhalinin dinc yanaşı yaşamasına töhfə verəcəyinə əminlik ifadə olunub.

    Azərbaycanın xarici işlər naziri həmçinin konfrans iştirakçılarını gələn ay Bakıda keçiriləcək Qoşulmama Hərəkatının COVID-19-la Mübarizə üzrə Əlaqə Qrupunun Zirvə Görüşündə ən yüksək səviyyədə iştirak etməyə dəvət edib və bildirib ki, bu, mövzunun müzakirəsi üçün mühüm fürsət olacaq.

    Sonra konfrans iştirakçıları gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR