Qardaş ölkədə baş vermiş dəhşətli zəlzələdən sonra Azərbaycanın müxtəlif bölgələrindən Türkiyəyə yardımlar davam edir.
Belə yardımlardan biri də Azərbaycan Şahmat Federasiyası tərəfindən olub.
Türkiyədə minlərlə insanın ölümünə səbəb olan zəlzələ qurbanlarına və yaralılara dəstək olmaq üçün Azərbaycan Şahmat Federasiyası və ölkəmizin şahmat ailəsi 10 min manat maddi yardım göstərib.
Azadmedia.az xəbər verir ki, toplanan vəsait Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hesabına köçürülüb.
Azərbaycan şahmat ailəsi zəlzələ qurbanlarının yaxınlarına başsağlığı verir, yaralılara şəfa arzulayır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.