Dünya Müsəlman Alimləri Birliyindən “Zəlzələ qurbanlarına zəkat malının verilməsi” çağırışı
Fəlakətin böyüklüyünə görə zəkatın vaxtından əvvəl verilməsinin məqsədəuyğun olduğu vurğulanıb.
Azadmedia.az xəbər verir ki, İslam dünyasının bir çox fətva şuraları, xüsusən də Dünya Müsəlman Alimləri Birliyi “zəlzələ qurbanlarına zəkat mallarının verilməsi” çağırışı edib.
Dünya Müsəlman Alimləri Birliyinin fətva heyəti tərəfindən edilən yazılı açıqlamada, "Zəlzələdən zərər çəkənlərdən bəziləri uşaqları, ailələri, evləri və malları da daxil olmaqla sahib olduqları hər şeyi itirdi. Bu səbəbdən onlar birdən çox sinifə daxil edildilər. Kasıb, borclu və evsiz olduqları üçün onlara zəkat verilməlidir,” ifadələrindən istifadə edilib.
Ərəb Körfəz ölkələrinin İslam Hüququ Alimləri Şurasının sədri Şeyx Acil En-Neşmi fətvasında Türkiyə və Suriyada zəlzələ qurbanlarına zəkat verilməsi ilə bağlı bunları bildirib: "Türkiyə və Suriyada zəlzələdən sağ çıxanlara zəkat vermək olar. Fəlakətin böyüklüyünə görə, ailələrini, uşaqlarını və evlərini itirmələri səbəbindən zəlzələdən sağ çıxanlar zəkat verilən digər siniflərdən üstündürlər. Zəkat verə bilər, hətda bir-iki il də olsa erkən verilə bilər”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.