Stoltenberq fevralın 14-15-də keçiriləcək NATO Müdafiə Nazirləri Toplantısı öncəsi mətbuat konfransı keçirib.
Azadmedia.az xəbər verir ki, Rusiyanın Ukraynaya hücumunun başlamasından təxminən bir ilə yaxın vaxt keçdiyini xatırladan Stoltenberq Rusiyanın yeni böyük hücuma başlaması ilə bağlı gözləntiləri ilə əlaqədar belə cavab verib: "Həqiqət budur ki, hücumun artıq başladığını görürük. Çünki gördüklərimiz indi Rusiya prezidenti Vladimir Putinin minlərlə əsgəri böyük itkiləri gözə alaraq, onları riskə ataraq ukraynalılara qarşı cəbhədə təzyiqi artırdığıdır”.
"Biz Rusiya prezidenti Vladimir Putinin sülhə hazırlaşdığına dair heç bir əlamət görmürük. Bizim gördüyümüz Putin və Rusiyanın Ukraynaya nəzarət etmək istəyidir", - Stoltenberq bildirib.
Ukraynanın NATO ölkələrindən döyüş təyyarələri tələbi ilə bağlı fikirlərində Stoltenberq, döyüş təyyarələrinin göndərilməsinin çox uzunmüddətli dəstək olacağını, qısa müddətdə Ukraynaya dəstəyin necə artırılacağına baxmaq lazım olduğunu bildirib.
Müharibə başlayandan bəri əvvəlcə tank əleyhinə sistemlər, sonra artilleriya sistemləri, daha sonra hava hücumundan müdafiə və ağır silahlar olduğunu xatırladan Stoltenberq sabahkı iclasda NATO ölkələrinin müdafiə nazirlərinin də təyyarə göndərilməsi məsələsini nəzərdən keçirmələrini gözlədiyini bildirib.
NATO-nun baş katibi vurğulayıb ki, mühüm məsələlərdən Ukrayna ordusuna göndərilən silahların saxlanması, onların ehtiyat hissələri və sursatlarının davamlılığıdır.
Stoltenberq NATO-nun Ukraynaya silah göndərmək hüququna malik olduğunu da bəyan edərək, müharibənin əvvəlində “NATO bu münaqişənin bir hissəsi deyil” sözünü təkrarladı.
Ü. Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.