Almaniya Turizm şirkətindən qalmaqallı Türkiyə şərhi: Zəlzələ səbəbiylə..
Azadmedia.az xarici kiv-ə istinadən bildirir ki, Fevralın 6-da bir-birinin ardınca baş verən zəlzələlər Türkiyəni sarsıdarkən, Almaniya mərkəzli turizm şirkəti TUI-dən ağılları durduracaq açıqlama gəldi.
Episentri beynəlxalq ictimaiyyətdə hüzn və şoka səbəb olan Kahramanmaraşda baş verən şiddətli zəlzələlərdə 30 mindən çox insan həyatını itirərkən, Almaniya mərkəzli turizm şirkəti TUI-nin baş direktorundan ağızları uçuqladan bir açıqlama gəldi.
Şirkətin baş direktoru Sebastian Ebel verdiyi açıqlamada zəlzələdən sonra Türkiyəyə tətil sifarişlərinin yavaşladığını və bunun müvəqqəti bir vəziyyət olduğunu bildirib.
Ebel Türkiyəyə getmək istəməyənlər üçün “alternativ tətil yolları”nın olduğunu bildirib. Ebel, "Türkiyəyə alternativ olan tətil marşrutları var, bunlar İspaniya və Yunanıstandır" dedi.
Touristik Union International-ın mənasını verən Alman şirkəti bir çox ölkələrdə fəaliyyət göstərir və Hannover şəhərindən idarə olunur.
Qeyd edək ki, TUI ölkənin ən böyük turizm şirkətlərindən biri kimi göstərilir.
Ü. Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.