Masallılı Əməkdar məşqçi Xanağa Quliyev Beynəlxalq Cüdo Federasiyası Akademiyasının məşqçi sertifikatını qazanıb.
Azadmedia.az xəbər verir ki, 13 fevral 2023-cü ildə Bakıda Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasının cüdo məşqçiliyi sertifikat proqramının ilk hissəsi yekunlaşıb.
Təlimin birinci hissəsində 36 məşqçi iştirak edib və onlardan 31-i imtahandan uğurla keçib.
Azərbaycan Cüdo Federasiyasının BCF-in Akademiyası ilə 2022-ci ilin mart ayından başlayan əməkdaşlığı nəticəsində qeyd edilən proqrama 80-dən yuxarı cüdo məşqçisi cəlb edilib. Nəzəri imtahanları uğurla başa vuran məşqçilər əyani surətdə imtahan verərək müvafiq sertifikatı əldə etmək imkanı qazanıblar.
Seminar və imtahan BCF Akademiyasının direktoru Envik Qalea, Akademiyanın proqram rəhbəri Dr. Tibor Kozsla, Akademiyanın idman direktoru Daniel Laskau və digər ekspertlər (ümumilikdə 10 ekspert) tərəfindən keçirilir.
Qeyd edək ki, 2022-ci ilin mart ayından başlayan təlimlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin nəzdində Uşaq Gənclər İdman Məktəbinin cüdo idman növü üzrə məşqçi-müəllimi Xanağa Quliyev də iştrak edərək, nəzəri imtahanları uğurla başa vuraraq , əyani surətdə imtahan verərək Beynəlxalq Cüdo Federasiyası Akademiyasının məşqçi sertifikatını qazanıb.
Ü. Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.