Yeni Zelandiyanın şimalını vuran Qabrielle qasırğası nəticəsində 4 nəfərin həyatını itirdiyi, 1442 nəfərin isə itkin düşdüyü bildirilib.
Yeni Zelandiyanın şimalındakı Qabrielle qasırğasının balans hesabatı aydınlaşır.
Azadmedia.az xarici kiv-ə istinadən bildirir ki, Polisdən verilən açıqlamada sel sularına düşən biri uşaq olmaqla 4 nəfərin həyatını itirdiyi açıqlanıb.
Həmçinin 10 mindən çox insanın məcburi köçkün olduğu, 1442 nəfərin itkin düşdüyü bildirilib. "Biz qasırğanın ən pisindən sağ çıxdıq, lakin hələ də təhlükədən qurtulmamışıq. Bu, böyük bir fəlakətdir və ən çox zərər çəkmiş bölgələrdə vəziyyətin yaxşılaşması üçün həftələr lazım olacaq", - Fövqəladə Hallar naziri Kieran McAnulty mətbuata açıqlamasında deyib.
Torpaq sürüşmələri və çökmələr səbəbindən magistral yollar bağlanarkən, 160 min ev işıqsız qalıb. Vurğulanıb ki, bəzi rayonlarda sel suları evlərin ikinci mərtəbəsinə qədər çatıb.
Ü. Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.