AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Biz bir millətik, aramızda yardımlaşırıq

  • + A
  • - A
  • 16-02-2023, 12:04

    Biz bir millətik, aramızda yardımlaşırıq

    Təsəvvür etmək çətin deyil biləsən ki, yersiz tənqidləri hansı xarakterə malik insanlar edir. Bəzi neqativ, pis əməllər vardır ki, yaxın, hətta ən doğma insanın onu öz adına edəndə, sən onun yerinə utanmırsan, amma bəzi neqativ, pis əməllər də vardır ki, sənə tamamiylə yad olan insanlar onu edəndə, onun əvəzində utanmaqdan özünə yer tapa bilmirsən. Bu ümumi məsələlərdir, söhbət bəzi vətəndaşların sosial şəbəkələrdə paylaşdığı ərizə şəkilindən və havadakı yorğan şəkilindən gedir, şəkilləri təkrar paylaşmağı ayıb bildim, o şəkilləri paylaşmaq, yaymaq olmaz, bunu dayandırmaq lazımdır, insan utanır.

    9 ilə qədər dövlət işində çalışmışam, hər hansısa yardım kampaniyası keçiriləndə yazdığım ərizəmdə tövsiyə olanan məbləğdən 2 dəfə, bəzən isə 3 dəfə çox məbləğ yazmışam. Uzun illər öncə bir kitabdan oxumuşdum yazılmışdı ki: "Qonşunuz əgər sizin yemiş bağınızdan yemiş dərirsə, siz özünüzü elə aparın ki, guya fikriniz ayrı yerdədir, ona diqqətlə baxmayın ki, qoy utanmasın, rahat şəkildə istədiyini və istədiyi qədər bağınızdan yemiş dərsin".

    20-50 manat böyük məbləğ deyil, bu yardımı etmək əminəm ki, ölkəmizdəki bütün müəllimlərin ürəyincədir, bir neçə başqa qurumlar da yardıma könüllü qoşulublar. Bütün qurumların bu kampaniyaya qoşulmasının tərəfdarıyam, gözəl addımdır, zövq almaq lazımdır, tənqidlər yersizdir. Hərkəs könüllü ərizə yazır, kimdənsə əlbəəl pul alınmır, insanların etdiyi yaxşılıqlar gizli qalmır, gizli qalsa belə, Allah deyir ki: "Etdiyiniz ən kiçik, buğda dənəsi boyda olan yaxşılığınızda (gizli, yaxud aşkar olan) əvəzsiz qalmayacaq".

    Mircalal Mehdiyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR