Azadmedia.az-ın cənub bürosundan Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, 2022-ci ilin yanvar-dekabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 6,4 faiz artaraq 88250,1 min manat təşkil etmişdir.
Əhaliyə göstərilən ödənişli xidmətlərin 8476,0 min manatı və ya 9,6 faizini məişət xidmətləri təşkil edir. Məişət xidmətləri 2021-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 5,0 artaraq 8476,0 min manat olmuşdur.
2022-ci ilin yanvar-dekabr ayları ərzində ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövründən müqayisəli qiymətlərlə 25,0 faiz artaraq 11413,0 min manat olmuşdur.
Qeyd edək ki, göstərilən ictimai iaşə xidmətlərinin 0,5 faizi və ya 60,9 min manatı hüquqi şəxslər, 95,5 faizi və ya 11352,1 min manatı fiziki şəxslərin payına düşür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.