AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Diqqət! - Qış Yuxusu 30 dəqiqə daha çox olmalıdır! - Eksklüziv

  • + A
  • - A
  • 20-02-2023, 22:21

    Diqqət! - Qış Yuxusu 30 dəqiqə daha çox olmalıdır! -


    Almaniyada aparılan bir araşdırma insanların qışda 30 dəqiqə daha çox yatmağa ehtiyacı olduğunu irəli sürüb.

    Yuxu problemi olan 292 insanı araşdıran mütəxəssislər, insanların fəsillərə uyğun olaraq yuxu vərdişlərini tənzimləməsi lazım ola biləcəyini qeyd ediblər. Tədqiqat çərçivəsində xüsusi laboratoriyada yatan insanların qışda yaya nisbətən beyin fəaliyyətinin artdığı, yuxu görə bildikləri yerdə daha uzun REM yuxusu aldıqları, payızda isə daha az dərin yatdıqları müşahidə edilib.

    Azadmedia.az The Guardian-da çıxan xəbərə görə bildirir ki, St.Hedwig Xəstəxanasında bir qrup elm adamı araşdırma çərçivəsində yuxu testlərindən keçən 292 yuxu problemi olan xəstəni qiymətləndirib. Zəngli saat olmadan xüsusi laboratoriyada təbii şəkildə yatması tələb edilən xəstələrin yuxu müddəti ilə yanaşı, yuxu keyfiyyəti və növü də izlənilib. Tədqiqat yuxuya təsir edən dərman qəbul edənlər, texniki səhvlər və ilk REM mərhələsini qaçırmış insanlar istisna olunduqdan sonra 188 xəstə ilə davam edilib.

    Araşdırmada, ümumilikdə cəmiyyətlərin yuxu vərdişlərini, o cümlədən uzunluğu, vaxtı da daxil olmaq üzrə mövsümə uyğunlaşdırmalı və ya məktəb və iş qrafiklərini mövsümi yuxu ehtiyaclarına uyğunlaşdırmalıdırlar, deyə qeyd edilin.

    Tədqiqatçılar, nəticələrin yuxu problemi olmayan insanlarda təsdiqlənməsi lazım olduğunu bildiriblər.

    Həmçinin sağlam cəmiyyətdə mövsümi dəyişikliklərin daha böyük ola biləcəyini düşünürlər.

    Qeyd edək ki, araşdırmanın nəticələri Frontiers in Neuroscience jurnalında dərc olunub.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR