BAKI, 23 fevral — Azadmedia.az.
ABŞ-da yeni nəşr olunan araşdırmada Ceyms Veb Kosmik Teleskopunun 6 böyük qalaktika kəşf etdiyi bildirilib.
CNN xəbər verir ki, kainatı infraqırmızı işıqda müşahidə edən və qədim ulduzlar və qalaktikalardan gələn zəif işığı aşkar edə bilən Uzaq kainatda Webb Teleskopunun yeni kəşfinin qalaktikaların mənşəyi ilə bağlı mövcud nəzəriyyələri dəyişdirdiyi iddia edilir.
Teleskopun kəşf etdiyi 6 qalaktikanın gözləniləndən çox böyük olduğunu bildirən Leja, "kiçik, gənc, körpə qalaktikalar" tapacağını gözlədiklərini, ancaq "bizimki qədər yetkin qalaktikaları" kəşf etdiklərini söyləyib.
"Kütləvi qalaktikaların formalaşmasının kainatda son dərəcə erkən bir tarixdə başladığının aşkarlanması çoxumuzun qurulmuş elm hesab etdiyi şeyi tərsinə çevirir," İfadədən istifadə edən Leja, aşkar edilmiş qalaktikaları qeyri-rəsmi olaraq “kainat qırıcıları” adlandırdıqlarını vurğulayıb.
Mövcud nəzəriyyə qalaktikaların zamanla böyüyən kiçik ulduz və toz buludları olduğunu göstərir.
Leja, qalaktikaların niyə bu qədər sürətlə böyüdüyünü müəyyən etməyin bir yolunun spektr şəklinin çəkilməsi ola biləcəyini söyləyib.
"Məlumatlar bunların mümkün qalaktikalar olduğunu desə də, məncə, bu obyektlərdən bir neçəsinin gizli superkütləvi qara dəliklər olması mümkündür," deyib Leja.
Qeyd efək ki, araşdırma "Nature" jurnalında dərc olunub.
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.