Yasamal rayonunun ictimaiyyəti Xocalı soyqırımının qurbanlarını yad edib!.
BAKI, 23 fevral — Azadmedia.az.
Xocalı soyqırımın 31-ci ildönümü ilə əlaqədar bu gün Yasamal Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının birgə xatirə tədbiri keçirilib.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycanın dövlət himni səsləndirilib.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov,deputat həmkarlarım, YAP Yasamal rayon təşkilatının rəhbərliyi, şəhid ailələri və qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Xocalı soyqırımından bəhs edən filmin baxışı keçirildi. Qısametrajlı film erməni cəlladlarının dinc Azərbaycanlı əhali üzərində törətdikləri insanlıq faciənin bütün aspektlərinə işıq salır.
Tədbir Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr edilmiş bədii kompozisiya ilə başa çatıb.
Tədbir çərçivəsində əslən Xocalıdan olan şəxslərə sovqatlar paylanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.