AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ankarada anım tədbiri keçirilib

  • + A
  • - A
  • 27-02-2023, 19:41

    Ankarada anım tədbiri keçirilib

    Azərbaycanın Türkiyədəki Səfirliyi və Türkiyə - Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) birgə təşkilatçılığı ilə Ankarada TADİV Şuşa Konfrans Mərkəzində “Kədərdə və qədərdə çiyin-çiyinə” adlı anım tədbiri təşkil edilib.
    Xocalı soyqırımı və fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələnin qurbanlarının xatirəsinə həsr olunmuş mərasimdə Azərbaycan Milli Məclisinin və Türkiyə Böyük Millət Məclisinin deputatları, ictimai xadimlər və həmvətənlərimiz iştirak ediblər.
    Mərasimdə hər iki ölkənin himnləri səsləndirilib, Xocalı soyqırımı qurbanlarının və Türkiyədə baş vermis zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.
    TADİV rəhbəri professor Aygün Attar tədbirin təşkilinin əhəmiyyətini qeyd edərək, bunun Azərbaycan və Türkiyənin həmrəyliyinin göstəricisi olduğunu deyib.
    Azərbaycanın Türkiyədəki Səfirliyinin müşaviri Eldar Əliyev çıxışında Xocalı soyqırımının mahiyyətinə toxunaraq, bunun Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu bildirib, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, bu faciəni törədənlərin cəzalandırılması isitqamətində görülən tədbirlərdən danışıb.
    Səfirliyin müşaviri Türkiyədəki zəlzələ barədə danışaraq Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq ilk saatlardan etibarən Azərbaycanın Türkiyənin yardımına gəldiyini vurğulayıb.
    Toplantıda çıxış edən Azərbaycan Milli Məclisinin üzvləri Kamaləddin Qafarov və Anar Məmmədov, Türkiyəli deputat, Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım, Ankara Universitetinin rektoru professor Nəcdət Ünüvar, Din İşləri Ali Şurasının sədri professor Abdurrahman Haçkalı Xocalı soyqırımının bəşəriyyətə qarşı cinayət olduğunu bildiriblər.
    Tədbir iştirakçıları fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdən, fəlakətin dağıdıcı miqyasından danışıblar. Azərbaycan dövlətinin və xalqının qardaş Türkiyəyə hərtərəfli dəstək verdiyini, həmrəylik nümayiş etdirdiyini xüsusi qeyd ediblər.
    Anım mərasimində Xocalı soyqırımı və əsrin fəlakəti olaraq səciyyələndirilən zəlzələ ilə bağlı filmlər nümayiş etdirilib, Xocalı soyqırımına həsr olunmuş sərgi təşkil olunub.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR