1951-ci il tarixdə Qax rayonunun İlisu kəndində dünyaya göz açan Soltan Bədrəddin oğlu Camalov, hal-hazırda ömrünün ahıl çağlarını yaşamaqdadır. Qeyd edək ki, bu şəxs gənc yaşlarında ikən halal zəhmətə alışmış və hər zaman vicdanla, şərəflə çalışmış, həyat yollarında böyük idarəçilik təcrübəsi toplamış və təqaüdə çıxdığı vaxtlara qədər müxtəlif strateji vəzifələri də daşımışdır. Sonuncu vəzifəsi Qax Suvarma Sistemləri İdarəsinin rəisi olduğundan, Soltan Camalovun adı geniş ictimaiyyətə olduqca tanışdır. Bəli, bu şəxs ötən illər ərzində öz düşüncəsinə, sahib olduğu qabiliyyətinə, dünyagörüşünə və digər göstəricilərinə uyğun elə bir formada müdrik addımlarını atmışdır ki, bu gün də hər kəs ona qarşı dərin hörmət və ehtiramını göstərir, ən yüksək insani yanaşmasını ortaya qoyur. Buna əsas verən başlıca səbəb, məhz Soltan Camalov şəxsiyyətinin böyüklüyüdür, ucalığıdır. Faktdır ki, hal-hazırda hər kəs onu Qax rayonunun, hətta yaşadığı bölgənin nüfuzlu, müdrik ağsaqqalı deyə qəbul edib, Soltan Camalova qarşı ən ülvi hisslərini də nümayiş etdirirlər. Hal-hazırda o, böyük Allah-Təalanın verdiyi ömür payının 72-ci ilini başa vuran Soltan Camalov, həqiqətən də xalqımızın ən dəyərli, ən ləyaqətli ağsaqqallarından biridir. Bu gün ömür payının özəl və gözəl gününü yaşayan, həyat yollarında silinməz izlər biraxan Soltan müəllimi, doğum günü münasibətilə ürəkdən təbrik edib, ona uzun ömür və cansağlığı arzulayırıq. Arzu edirik ki, Soltan müəllimin qarşıladığı hər günün hər anı ona sevinc hissi, xoşbəxt günlər bəxş etsin. Biz də bir media qurumu olaraq Soltan Camalov şəxsiyyətinin ucalığını, böyüklüyünü əsas tutaraq, bu şəxsə qarşı olan sonsuz hörmətimizi, sayğımızı hər kəsin diqqətinə çatdırmağı özümüz üçün borc bilirik.
Bu təbrikə Soltan müəllimin dünyalar qədər sevdiyi, bağrına basıb öpdüyü, canından daha çox istədiyi iki şirin-şəkər nəvəsi, həmçinin oğlu Azər bəy, yaxın dostları Əhməd, Nəriman, Sədrəddin və Xəlil Xəlilov da qoşulur və ürəkdolu sevgilərini çatdırırlar.
Doğum günün mübarək! Soltan Camalov-72
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.