Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasında cümə günü telefon danışığı olub.Azadmedia.az xəbər verir ki, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, o cümlədən Cənubi Qafqazdakı vəziyyət müzakirə edilib.
"Xarici işlər nazirləri Azərbaycan və Türkiyə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində gündəlikdə duran aktual məsələləri müzakirə ediblər", - XİN-in məlumatında deyilir.
Azərbaycan XİN-dən əlavə ediblər ki, tərəflər Cənubi Qafqaz regionundakı mövcud vəziyyət, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.